Noyabrın 3-də Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu, arabir tutqun və əsasən yağmursuz keçəcək.
"PostMedia" Milli Hidrometeorologiya Xidmətinə istinadən xəbər verir ki, şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.
Havanın temperaturu gecə 11-14, gündüz 18-23 dərəcə isti olacaq. Atmosfer təzyiqi 766 mm civə sütunundan 763 mm civə sütununa enəcək, nisbi rütubət isə gecə 75-80 %, gündüz 60-65 % təşkil edəcək.
Ölkənin rayonlarında hava əsasən yağmursuz keçəcək. Gündüz bəzi dağlıq ərazilərdə qısamüddətli yağış yağacağı və şimşək çaxacağı ehtimal olunur. Bəzi yerlərdə arabir duman olacaq, mülayim qərb küləyi əsəcək.
Rayonlarda havanın temperaturu gecə 11-16, gündüz 19-24 dərəcə isti, dağlarda isə gecə 5-10, gündüz 12-17 dərəcə isti olacaq.