Azərbaycanlı çobanın Ermənistan sərhəddini keçdiyi deyilir.
“PostMedia” xəbər verir ki, bu barədə Ermənistan mediası məlumat yayıb.
Məlumata görə, çoban aşkarlanıb və hazırda Berd şəhərindəki hərbi polis idarəsindədir.
“Bizə dedilər ki, onu aşkarlayıblar və hazırda Berd şəhərinin hərbi polis idarəsindədir.
Ermənistan Müdafiə Nazirliyi hələlik məsələyə münasibət bildirmir.
Ermənistan Milli Təhlükəsizlik Xidmətindən də hazırda belə bir məlumatlarının olmadığını, məsələni dəqiqləşdirərək cavab verəcəklərini bildiriblər.
İlkin məlumata görə, çoban Aygedzor istiqamətindən keçib və hazırda hərbi polis idarəsindədir.