6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Maraqlı

Ağ Evin mətbuat katibi Çində “normal tualetlərin belə olmadığını” bildirib

16-oktyabr-2026, 13:39
Ağ Evin mətbuat katibi Çində “normal tualetlərin belə olmadığını” bildirib
Yazı Ölçüsü:

Ağ Evin yeni mətbuat katibi Keti Zaxariya Çində “normal tualetlərin belə olmadığını” bildirib.

"PostMedia" xəbər verir ki, bu barədə “AFP” məlumat yayıb.

Əvvəllər Çində yaşamış 41 yaşlı Zaxariya xatırladıb ki, 2016-cı ildə bir çoxları Çinin iqtisadi və siyasi baxımdan tezliklə ABŞ-ni geridə qoyacağını gözləyirdi.

“Hamımıza deyirdilər ki, Hillari (Klinton) qalib gələcək, Amerikanın qızıl dövrü artıq keçmişdə qalıb, Çin isə artıq üfüqdə görünür. Çindən yenicə qayıtdığımı və düşünürdüm ki, normal tualetləri belə olmayan Çin necə növbəti aparıcı gücə çevrilə bilər?” – deyə o, sağçı bloqer Cek Posobetsə danışıb. 

Çin hakimiyyəti hələlik bu açıqlamaya münasibət bildirməyib. Bununla yanaşı, Donald Tramp dəfələrlə Çin Prezidenti Si Cinpinlə münasibətlərinin yaxşı olduğunu vurğulayıb. Sentyabrda Vaşinqtonda keçirilən sammit zamanı liderlər, xüsusilə, süni intellekt, ticarət və İrandakı münaqişəni müzakirə ediblər.

Zaxariya çərşənbə axşamı Ağ Evdə ilk brifinqini keçirib və cəmi üç jurnalistin suallarını cavablandırıb.

Yeni mətbuat katibi özünü hüquqşünas kimi təqdim edib. O, Kaliforniyada fəaliyyət göstərən mühafizəkar qeyri-kommersiya təşkilatında baş hüquq məsləhətçisi vəzifəsində çalışdığını, həmçinin Pekində yerləşən hüquq şirkətində işlədiyini bildirib.

Lakin onun peşəkar ixtisası artıq suallar doğurub. Zaxariya cümə axşamı açıqlayıb ki, ABŞ-da hüquq fəaliyyəti ilə məşğul olmaq üçün lisenziya imtahanına qeydiyyatdan keçib, lakin daha sonra həyat yoldaşı ilə birlikdə Çinə köçməyə hazırlaşdığı üçün diqqəti yayınıb. Onun sözlərinə görə, ABŞ-yə qayıtdıqdan sonra ilk övladının dünyaya gəlməsi səbəbindən imtahanı yenidən verməyib.

Kateqoriyalar

Təqvim

«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031