Ağ Evin mətbuat katibi Keti Zaxariya vəzifəsinin icrasına başladıqdan bir həftə keçməmiş işdən azad edilib.
"PostMedia" xəbər verir ki, bu barədə “The New York Times” üç mənbəyə istinadən məlumat yayıb.
Bundan əvvəl ABŞ Prezidenti Donald Tramp jurnalistlərə Zaxariyaya bu vəzifədə işləmək qərarını “yenidən nəzərdən keçirməyi” tövsiyə etdiyini bildirib. Trampın sözlərinə görə, o, Zaxariyadan, həmçinin, soruşub: “Keti, sənə bu lazımdır? Məncə, buna ehtiyacın yoxdur”.
“Axios” nəşrinin jurnalisti Barak Ravid X sosial şəbəkəsində Zaxariyanın “qarşıdakı bir neçə gün ərzində” vəzifəsini tərk edəcəyini yazıb.
Bundan bir gün əvvəl “The Wall Street Journal” Ağ Evin yeni mətbuat katibinin Pepperdine Universitetinin hüquq fakültəsini bitirdikdən sonra Kaliforniyada vəkillik fəaliyyəti ilə məşğul olmaq üçün lisenziya imtahanını vermədiyini bildirmişdi.