"Yaşıl Kart" sığorta növü üzrə fəaliyyət göstərmək hüququ olan və “İcbari Sığorta Bürosu” Hüquqi Şəxslərin İttifaqının (İSB) iştirakçısı olan sığorta şirkətləri “Atəşgah” Sığorta Şirkəti ASC, “Azərbaycan Sənaye Sığorta” ASC, “Meqa Sığorta” ASC, “Paşa Sığorta” ASC, “Qala Sığorta” ASC və “Xalq Sığorta” ASC-dir.
"PostMedia" xəbər verir ki, bu barədə İSB-nin yaydığı məlumatda qeyd edilir.
Qeyd edək ki, İcbari Sığorta Bürosu "Yaşıl Kart" sistemi üzrə əlaqələndirici və ixtisaslaşmış təşkilat kimi fəaliyyət göstərir və Beynəlxalq Yaşıl Kart Sistemində Azərbaycanı təmsil edir.
"Yaşıl Kart" sisteminə üzv ölkələrə səfər etməyi planlaşdıran vətəndaşlara səfər öncəsi müvafiq sığorta təminatının əldə edilməsi üçün qeyd olunan sığorta şirkətlərinə müraciət etmələri tövsiyə olunur.