6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

XARİCİ XƏBƏRLƏR

Kuşner: "Ukrayna ilə bağlı danışıqlarda ümidverici irəliləyiş əldə olunub"

21-oktyabr-2026, 23:30
Kuşner: "Ukrayna ilə bağlı danışıqlarda ümidverici irəliləyiş əldə olunub"
Yazı Ölçüsü:

ABŞ prezidentinin xüsusi elçisi Cared Kuşner Ukraynadakı münaqişənin həlli ilə bağlı danışıqlarda son bir neçə gündə ümidverici irəliləyiş əldə edildiyini bildirib.

"PostMedia" xəbər verir ki, bu barədə C.Kuşner özünün "X" hesabında qeyd edib.

O, ABŞ Prezidenti Donald Trampa liderliyinə, Ukrayna, Avropa və Rusiya nümayəndələrinə isə müzakirələrdə konstruktiv iştiraklarına görə təşəkkür edib.

“Son bir neçə gündə ümidverici irəliləyiş əldə olunub. Prezident Trampa liderliyinə, ukraynalı, avropalı və rusiyalı tərəfdaşlarımıza isə konstruktiv dialoqa görə minnətdarıq. Qarşıda hələ çox çətin iş var. Lakin bu müharibənin çərçivəsindən çıxmaq, gələcək nəsillər üçün davamlı sülhün, təhlükəsizliyin və rifahın əsasını qoymaq üçün real imkanımız var”.

Kateqoriyalar

Təqvim

«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031