Rusiya Təhlükəsizlik Şurasının sədr müavini, “Vahid Rusiya” partiyasının sədri Dmitri Medvedev bildirib ki, Vladimir Zelenski ABŞ lideri Donald Tramp tərəfindən sülhə və ABŞ-nin maraqlarına maneə törədən şəxs kimi tanınıb. Medvedevin sözlərinə görə, Zelenski onu bəsləyən əli qanadacaq qədər dişləyib.
"PostMedia" xəbər verir ki, bu barədə “RİA Novosti” məlumat yayıb.
“Bundan sonra absurd adı olan, nədənsə ingiliscə transliterasiyada ikiqat ‘y’ ilə bitən bu boş məxluq siçovul zəhəri qəbul etməli və ya sevimli kokainindən at boyda doza udmalı idi. Amma bu məxluq o qədər qorxaqdır ki, belə bir addıma cəsarət etməz. ‘İlin adamı’ və ‘yeni Çörçill’ öz keçmiş ağası tərəfindən sülhə və ABŞ-nin maraqlarına maneə törədən şəxs kimi tanınıb. Çünki onu bəsləyən əli qanadacaq qədər dişləyib”, – Medvedev “Maks” platformasındakı kanalında yazıb.
O əlavə edib ki, avropalılar Zelenskiyə səbirli olmağı, Trampı qəzəbləndirməməyi və respublikaçıların Konqres seçkilərində məğlub olmasını gözləməyi tövsiyə edirlər.
“Onlar Trampa həmin narkoman həşəratdan heç də az nifrət etmirlər. Lakin bu halda belə, Kiyevin buğumayaqlıları zəhərli tozla işlənməyə məruz qalacaqlar. Dezinfeksiyaçı əmi kin saxlayandır və seçkilərdə məğlubiyyətinin əsas səbəblərindən birinə çevrilmiş məxluqu bağışlamamalıdır. Bu məsələdə o haqlı olacaq. Çünki yatalaqla yoluxmuş bitlər nə qədər tez məhv olsalar, dünyada epidemioloji vəziyyət bir o qədər yaxşı olar”, – Medvedev fikrini yekunlaşdırıb.