6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Şou

Onlar rəsmən boşandı - FOTO

01-aprel-2026
Onlar rəsmən boşandı - FOTO
Yazı Ölçüsü:

Rusiya şou-biznesinin ən çox müzakirə olunan cütlüklərindən birinin hekayəsi başa çatıb.

"PostMedia" Rusiya KİV-lərinə istinadən xəbər verir ki, Ciqan və Oksana Samoylova rəsmi şəkildə boşanıblar.

Boşanma qərarı Savyolovski İcra Məhkəməsi tərəfindən verilib. Məhkəmə iclası qapalı keçirilib və keçmiş həyat yoldaşlarını vəkilləri təmsil ediblər.

Samoylovanın iddiası tam şəkildə təmin edilib.

Cütlük razılığa gələrək əmlakın bölüşdürülməsi ilə bağlı müqavilə bağlayıb.

Tərəflərin nümayəndələrinin sözlərinə görə, bağ evi Ciqanın adına qalacaq, lakin Samoylovaya kompensasiya ödəniləcək. Moskvada yerləşən iki mənzil bloqerə, bir mənzil isə reperə veriləcək.

Avtomobillər qeydiyyatda olan sahiblərinin adına qalacaq, Samoylovanın ferması isə əmlak bölgüsünə daxil edilməyəcək.

Xatırladaq ki, Samoylova boşanma üçün hələ 2025-ci ildə məhkəməyə müraciət etmişdi. Həmin vaxt Ciqan barışıq üçün vaxt istəmiş və məhkəmə cütlüyə iki ay müddət vermişdi. Lakin bloqer münasibətləri bərpa etməkdən imtina edib.

2026-cı ilin əvvəlində barışığın baş tutmadığı məlum olub.

Daha sonra reper ilkin müqaviləni mübahisələndirməyə çalışaraq onu çətin psixoloji vəziyyətdə imzaladığını bildirib. Onun vəkilinin sözlərinə görə, sənəd boşanma halında Samoylovanın demək olar ki, bütün əmlakının ona verilməsini nəzərdə tuturdu.

Ciqan və Samoylova 2012-ci ildə evləniblər. Evlilikləri dövründə onların dörd övladı dünyaya gəlib – qızları Ariela, Leyya və Maya, həmçinin oğlu Devid.

Uzun sürən məhkəmə prosesinə və əmlak mübahisələrinə baxmayaraq, tərəflərin nümayəndələri bildiriblər ki, keçmiş həyat yoldaşları əldə olunmuş razılaşmadan razıdırlar.

Müəllif
Ülkər
Kateqoriyalar

Təqvim

«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930