İran Tehran və Vaşinqton arasında hərbi əməliyyatların yenidən başlaması halında Yaxın Şərq ölkələrindən ABŞ-yə dəstək verməkdən imtina etməyi tələb edib.
"PostMedia" "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə oktyabrın 23-də İran parlamentinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyasının üzvü Fedə-Hüseyn Maleki bildirib.
“Region ölkələrinə ABŞ-yə istənilən dəstəkdən imtina etmələri barədə ultimatum verilib. 40 günlük müharibə zamanı ABŞ-nin İrana hücum etmək üçün istifadə etdiyi bazalara həmin bazaların yerləşdiyi ölkələrin ərazisində zərbələr endirirdik”.
Onun sözlərinə görə, hərbi əməliyyatlar yenidən başlayacağı təqdirdə Tehran regionun hansı ərəb və digər dövlətlərinin Amerika qoşunlarına dəstək verməyə hazır olduğunu müəyyən edə biləcək. İran tərəfi müvafiq məlumatı əvvəlcədən həmin ölkələrə çatdırıb və hazırda vəziyyətin inkişafını izləyir.
Maleki qeyd edib ki, Amerika qüvvələrinə dəstək veriləcəyi təqdirdə İranın cavabı həmin ölkələrin ərazisindəki hərbi obyektlərə zərbələr endirməklə məhdudlaşmaya bilər. Onun sözlərinə görə, Tehran bu ölkələri düşmən dövlətlər kimi tanıya bilər.