6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Maraqlı

Paşinyan: "Yeni Konstitusiyanı qəbul etdirə bilməsək, növbədənkənar seçkilərə gedəcəyik"

22-oktyabr-2026, 12:56
Paşinyan: "Yeni Konstitusiyanı qəbul etdirə bilməsək, növbədənkənar seçkilərə gedəcəyik"
Yazı Ölçüsü:

Ermənistanın baş naziri Nikol Paşinyan yeni Konstitusiya layihəsini parlamentdə qəbul etdirə bilməyəcəkləri təqdirdə növbədənkənar parlament seçkiləri keçirmək variantının mümkün olduğunu bildirib.

"PostMedia"nın məlumatına görə, Paşinyan oktyabrın 22-də hökumətin iclasından sonra keçirilən brifinqdə deyib ki, yaxın vaxtlarda yeni Konstitusiya layihəsi dərc olunacaq və parlamentin müzakirəsinə təqdim ediləcək.

Baş nazirin sözlərinə görə, hakimiyyət müxalifəti sənədin əhəmiyyətinə inandırmağa çalışacaq. Bu cəhdlər nəticə verməsə, hökumət alternativ ssenariləri nəzərdən keçirəcək.

“Əgər buna nail ola bilməsək, başqa ssenarilərə əl atacağıq. Məsələn, növbədənkənar parlament seçkiləri keçirə bilərik. Kim deyib ki, belə bir ssenari istisnadır?” - Paşinyan bildirib.

Ermənistanın baş naziri əlavə edib ki, vətəndaşlar qarşısında sülh sazişinin imzalanması və Konstitusiyanın dəyişdirilməsi ilə bağlı öhdəliyi var.

Paşinyan bildirib ki, Ermənistan Konstitusiyanın dəyişdirilməsini hökumət proqramına daxil edib və bu istiqamətdə irəliləmək niyyətindədir.

Kateqoriyalar

Təqvim

«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031