6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

İqtisadiyyat

Rusiyadan taxıl ixracı təxminən 40% azalıb

11-avqust-2026, 16:17
Rusiyadan taxıl ixracı təxminən 40% azalıb
Yazı Ölçüsü:

İyul ayında Rusiyadan əsas növ taxıl məhsullarının ixracı 2 milyon 26 min ton təşkil edib. Ötən ilin iyul ayında bu göstərici 3 milyon 248 min ton olub. Beləliklə, ixrac 37,6% azalıb.

"PostMedia" xəbər verir ki, bunu Rusiya Taxıl İttifaqının Analitik İdarəsinin direktoru Yelena Tyurina “İnterfaks”a bildirib.

Gündəlik yük daşımalarının həcmi 104,8 min tonla müqayisədə 65,4 min ton təşkil edib. Bu göstəricidə buğdanın gündəlik tədarükü 57,4 min ton olub. Ötən ilin eyni dövründə bu rəqəm 69,7 min ton təşkil edib.

“Bu göstəricilərin azalmasının əsas amili Azov-Qara dəniz regionunda gərgin vəziyyət olub. Nəticədə ayın üçüncü ongünlüyündə tədarüklər 2025-ci ilin iyul ayının üçüncü ongünlüyü ilə müqayisədə 61,3% azalaraq 685 min tona düşüb. Buğda tədarükündə isə azalma 55,5% təşkil edərək 646,5 min tona çatıb”.

Kateqoriyalar

Təqvim

«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930