6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Sosial

Hörmüz boğazının blokadaya alınması ərzaq istehsalının azalmasına səbəb olacaq

15-sentyabr-2026, 10:23
Hörmüz boğazının blokadaya alınması ərzaq istehsalının azalmasına səbəb olacaq
Yazı Ölçüsü:
Hörmüz boğazının blokadaya alınması 2026-cı ilin ikinci yarısında və 2027-ci ildə dünyada ərzaq istehsalının və tədarükünün azalmasına səbəb ola bilər.
"PostMedia" xəbər verir ki, bunu BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) Rusiyadakı nümayəndəliyinin rəhbəri Oleq Kobyakov “RİA Novosti”yə müsahibəsində bildirib.
“Bunun nəticələri yalnız mövcud qiymətlərə təsir etmir, həm də növbəti dövrlərin məhsul yığımında özünü göstərəcək. Bu isə 2026-cı ilin ikinci yarısında və 2027-ci ildə ərzaq istehsalının və tədarükünün azalmasına gətirib çıxaracaq”, – deyə Kobyakov qeyd edib.
Onun sözlərinə görə, kənd təsərrüfatı işləri dəqiq qrafik üzrə həyata keçirilir və müddətlərin dəyişdirilməsi mümkün deyil. Hətta bir neçə həftəlik gecikmə fermerləri daha az gübrə istifadə etməyə və ya ümumiyyətlə gübrədən imtina etməyə məcbur edə bilər. Bu isə sonrakı şəraitdən asılı olmayaraq məhsuldarlığın azalmasına səbəb olur.
“FAO-nun təhlili göstərir ki, böhranla bağlı bu zəncirvari təsirlər ərzaq qiymətlərini bahalaşdıra və artıq uzunmüddətli və ya kəskin ərzaq böhranlarından əziyyət çəkən ölkə və regionlarda aclığı daha da dərinləşdirə bilər”, – deyə Kobyakov vurğulayıb.
Fevralın 28-də ABŞ və İsrail İran ərazisindəki hədəflərə zərbələr endirməyə başlayıb, İran isə buna cavab zərbələri ilə qarşılıq verib. İyunun ortalarında Tehran və Vaşinqton hərbi əməliyyatların dayandırılması ilə bağlı memorandum imzalasa da, daha sonra tərəflər arasında qarşılıqlı zərbələr yenidən baş verib. Hazırda münaqişə həll olunmamış qalır.
Gərginliyin artması səbəbindən Hörmüz boğazından gəmiçilik demək olar ki, dayanıb. Boğaz dünya bazarlarına neft, neft məhsulları və mayeləşdirilmiş təbii qazın çatdırılması üçün əsas marşrutlardan biridir. Nəticədə dünyanın əksər ölkələrində yanacağın qiyməti bahalaşıb.
Hörmüz boğazında yaranan vəziyyətin enerji bazarı ilə yanaşı, kənd təsərrüfatı və qlobal ərzaq təhlükəsizliyinə də təsir göstərə biləcəyi bildirilir.
Kateqoriyalar

Təqvim

«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930