6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

XARİCİ XƏBƏRLƏR

Rusiya Mərkəzi Bankı inflyasiya yavaşlamasa, faizi artıra bilər

Rusiya Mərkəzi Bankı inflyasiya yavaşlamasa, faizi artıra bilər
PostMedia-nı Google-da seçilmiş mənbələrinizə əlavə edin Xəbərlərimiz Google axtarışında sizə ilk görünsün! Əlavə et
Yazı Ölçüsü:

Rusiya Mərkəzi Bankının sədrinin məsləhətçisi Kirill Tremasov inflyasiya yenidən sürətlənsə, əsas faiz dərəcəsinin artırıla biləcəyini bildirib.

"PostMedia" xəbər verir ki, bu barədə "Interfax" məlumat yayıb.

Tremasov Yekaterinburqda sahibkarlara çıxışında faiz endirilməsi dövrünün bərpası üçün, ilk növbədə, inflyasiya mənzərəsinin yaxşılaşmasının vacib olduğunu deyib. Onun sözlərinə görə, bank son iclaslarda davamlı istehlak səbətinin artım sürətinin yüksəldiyini qeyd edib. Faizin yenidən azaldılması üçün isə davamlı inflyasiyanın ən azı 4–5% diapazonuna doğru geri dönməsi lazımdır.

Bankın sentyabr ayında davamlı qiymət artımına dair qiymətləndirməsi də 4–5%-dən 5–6%-ə yüksəldilib.

"Əgər inflyasiya trendlərinin aşağı dönüşünü görməsək, faizi yenidən azalda biləcəyimizə çox şübhə edirəm. Hətta inflyasiya, xüsusən davamlı hissədə, sürətlənməyə davam etsə, əsas faizin artırılması məsələsi gündəmə gələ bilər", — deyə Tremasov bildirib.

Tremasov əlavə edib ki, son direktorlar şurasında belə təkliflər səslənib, lakin onlar ayrı-ayrı üzvlərin nöqtəvi xarakterli təklifləri olub və geniş müzakirə edilməyib. Sentyabr və oktyabr iclaslarında geniş konsensus pauza götürmək, dinamikanı izləmək üzərində olub.

Müzakirədə iştirak edənlərin əksəriyyəti hesab edir ki, cari faiz səviyyəsi və pul-kredit siyasətinin sərtliyi inflyasiyanın yavaşlaması üçün kifayətdir. Tremasov cari pul-kredit siyasətini "mülayim sərt" adlandırıb və əsas məsələnin inflyasiyanın aşağı enmə sürəti olduğunu vurğulayıb.

Tremasov faizin artırılmasının baza ssenari olmadığını da bildirib: "Bu, baza ssenarinin xaricindədir. Baza ssenari yenə də faizin azalmasını nəzərdə tutur", — deyə o vurğulayıb.

Müəllif
Tural
Kateqoriyalar

Təqvim

«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30