6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

MƏHKƏMƏ

Ramiz Mehdiyevin qızının vəkili həbs edildi

Ramiz Mehdiyevin qızının vəkili həbs edildi
PostMedia-nı Google-da seçilmiş mənbələrinizə əlavə edin Xəbərlərimiz Google axtarışında sizə ilk görünsün! Əlavə et
Yazı Ölçüsü:

Ramiz Mehdiyevin qızı Kamilə Əliyevanın vəkili Raman Abışov barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib.

"PostMedia" "Qafqazinfo"ya istinadən xəbər verir ki, vəkil Daxili İşlər Nazirliyinin (DİN) Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi tərəfindən saxlanılıb.

Hədə-qorxu ilə tələb etməkdə ittiham olunan Raman Abışov bu gün məhkəməyə çıxarılıb. Hakimin qərarı ilə onun barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib.

Qeyd edək ki, Raman Abışov dövlətə xəyanət və digər ağır cinayətlərdə ittiham olunan Ramiz Mehdiyevin qızı Kamilə Əliyevanın vəkili olub. O, Kamilə Əliyevanın əmlak məsələləri ilə bağlı hüquqlarını müdafiə edirdi.

Kateqoriyalar

Təqvim

«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30