Gürcüstan nəqliyyat əlçatanlığı baxımından TRIPP layihəsi çərçivəsində mühüm rol oynayır.
"PostMedia" yeli KİV-ə istinadən xəbə verir ki, bu barədə ölkənin xarici işlər naziri Maka Boçorişvili bildirib. Məlumatı yerli KİV-lər yayıb.
“Layihənin gələcəkdə necə inkişaf etməsindən və marşrutların hansı ölkələrdən keçməsindən asılı olmayaraq, regional əməkdaşlıq baxımından bu, Gürcüstan üçün mühüm və faydalıdır”, – xarici işlər naziri bildirib.
O qeyd edib ki, Gürcüstan, o cümlədən Qara dəniz vasitəsilə beynəlxalq bazarlara çıxış imkanları baxımından strateji əhəmiyyətli mövqedə yerləşir.
Nazirin sözlərinə görə, Gürcüstanın Qara dənizə çıxışı təkcə Cənubi Qafqaz ölkələri üçün deyil, həm də Mərkəzi Asiya dövlətləri üçün əhəmiyyətlidir. Bu amil regional nəqliyyat və kommunikasiya marşrutlarının inkişafında Gürcüstanın rolunu daha da artırır.