6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

MALİYYƏ-BİZNES | AQRO

Azərbaycan Gürcüstanın əsas soğan tədarükçüsüdür: 8 ayda 25 min tondan çox məhsul ixrac edilib

21-oktyabr-2026, 09:52
Azərbaycan Gürcüstanın əsas soğan tədarükçüsüdür: 8 ayda 25 min tondan çox məhsul ixrac edilib
Yazı Ölçüsü:

2026-cı ilin yanvar-avqust aylarında Azərbaycan Gürcüstana 25 231 ton soğan ixrac edib. İxracın dəyəri 6,174 milyon ABŞ dolları təşkil edib. Beləliklə, Azərbaycan Gürcüstanın soğan idxal etdiyi ölkələr arasında birinci yerdə qərarlaşıb.

“PostMedia” xəbər verir ki, bu barədə “BusinessPressNews” Gürcüstanın Milli Statistika Xidmətinin məlumatlarına istinadən xəbər yayıb.

Məlumata görə, ölkə 2026-cı ilin ilk səkkiz ayında ümumilikdə rekord həcmdə – 33 270 ton soğan idxal edib. İdxalın ümumi dəyəri 8,19 milyon dollar olub.

Azərbaycan Gürcüstanın soğan idxalında əsas paya malikdir. İlk beşlikdə növbəti yerləri Ermənistan, Türkiyə, Özbəkistan və İran tutur.

Gürcüstanın soğan idxal etdiyi əsas ölkələr:

  • Azərbaycan – 25 231 ton, 6,174 milyon dollar;
  • Ermənistan – 3 391 ton, 834,8 min dollar;
  • Türkiyə – 1 797 ton, 434,8 min dollar;
  • Özbəkistan – 1 303 ton, 320 min dollar;
  • İran – 432 ton, 107,9 min dollar.

Müqayisə üçün qeyd edək ki, Gürcüstan 2025-ci ilin yanvar-avqust aylarında 30 789 ton soğan idxal edib və bunun üçün 7,366 milyon dollar ödəyib. 2024-cü ilin eyni dövründə idxal 25 969 ton və 6,686 milyon dollar, 2023-cü ilin ilk səkkiz ayında isə 23 743 ton və 9,175 milyon dollar təşkil edib.

Gürcüstanın Milli Statistika Xidmətinin məlumatına görə, 2026-cı ilin yanvar-avqust aylarında bir kiloqram soğanın orta idxal qiyməti təxminən 25 ABŞ senti olub. Ötən ilin eyni dövründə bu göstərici təxminən 24 sent təşkil edib.

Qeyd edək ki, Gürcüstanda soğanın qiyməti də artıb. Sentyabr ayında məhsulun qiyməti illik müqayisədə 36,2% yüksəlib. Bu göstərici soğanı ölkədə qiyməti ən çox artan məhsullar arasında dördüncü yerə çıxarıb.

Kateqoriyalar

Təqvim

«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031