6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Dünya

İsrail Prezidenti Qüdsdə erməni icmasına qarşı hücumları pisləyib

21-oktyabr-2026, 23:39
İsrail Prezidenti Qüdsdə erməni icmasına qarşı hücumları pisləyib
Yazı Ölçüsü:

İsrail Prezidenti İsxak Hersoq Qüdsdə erməni icmasına qarşı hücumları pisləyib.

"PostMedia" xəbər verir ki, bu barədə Qüds Erməni Davası Komitəsinin yaydığı bəyanatda bildirilib.

Komitə 2026-cı il avqustun 7-də İsrail Prezidentinə ünvanladığı məktuba cavab verdiyinə görə Hersoqa təşəkkür edib. Həmin məktubda erməni icmasına qarşı həyata keçirilən hücumlarla bağlı ciddi narahatlıq ifadə olunub və icma üzvlərinin, eləcə də onların müəssisələrinin qorunması üçün zəruri və təsirli tədbirlərin görülməsi istənilib.

Hersoq sentyabrın 16-da göndərdiyi cavab məktubunda baş verən hadisələrin ciddiliyini vurğulayıb və bu cür əməllərin təkrarlanmasının qarşısını almaq üçün əlindən gələni edəcəyini bildirib.

Kateqoriyalar

Təqvim

«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031