6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

SƏNAYE-İNFRASTRUKTUR

Kobaxidze: "Gürcüstan TRIPP-i rəqib hesab etmir, marşrut Orta Dəhlizi tamamlayacaq"

04-oktyabr-2026, 15:44
Kobaxidze: "Gürcüstan TRIPP-i rəqib hesab etmir, marşrut Orta Dəhlizi tamamlayacaq"
Yazı Ölçüsü:

Gürcüstanın Baş naziri İrakli Kobaxidze Tbilisinin TRIPP marşrutunu Gürcüstandan keçən nəqliyyat dəhlizlərinin rəqibi hesab etmədiyini bildirib. Onun sözlərinə görə, yeni marşrut, əksinə, yük axınının artması fonunda Orta Dəhlizi tamamlaya bilər.

"PostMedia" xəbər verir ki, bu barədə o, “İmedi” telekanalının “Açıq efir” proqramında bildirib.

“TRIPP bizim marşrutumuzun rəqibi deyil. Əslində, Orta Dəhlizdə bu gün müşahidə olunan tendensiyaları nəzərə alsaq, o, tamamlayıcı olacaq”.

Baş nazir bildirib ki, 2020-ci ildən etibarən Orta Dəhliz üzrə yükdaşımaların həcmi yeddi dəfə artıb. Bu isə nəqliyyat marşrutlarının şaxələndirilməsinə obyektiv ehtiyac yaradıb.

“Biz hesab etmirik ki, TRIPP marşrutu və ya hər hansı digər marşrut Gürcüstandan keçən ənənəvi marşrutlar üçün ciddi problem yarada bilər”, – Kobaxidze qeyd edib.

O bildirib ki, Tbilisi infrastrukturun inkişafı hesabına ölkənin tranzit potensialının daha da artacağına ümid edir. Söhbət, xüsusilə, Anakliya və Poti limanlarının mümkün genişləndirilməsindən, aviasiya infrastrukturundan, avtomobil yollarından və dəmir yolunun modernləşdirilməsindən gedir.

Kobaxidze hökumətin bütün avtomobil yollarının tikintisini 2031-ci ilə qədər başa çatdırmağı planlaşdırdığını bildirib. Dəmir yolunun modernləşdirilməsi isə həm qatarların hərəkət intensivliyini, həm də daşınan yüklərin həcmini artırmalıdır.

“Əsas məsələ bu gün müəyyən etdiyimiz plana sona qədər əməl etməkdir”, – Gürcüstanın Baş naziri deyib.

Kateqoriyalar

Təqvim

«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031