6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Maraqlı

Tramp Censen Huanqın NVIDIA-nın baş direktoru vəzifəsinə qayıtmasından danışıb

Tramp Censen Huanqın NVIDIA-nın baş direktoru vəzifəsinə qayıtmasından danışıb
PostMedia-nı Google-da seçilmiş mənbələrinizə əlavə edin Xəbərlərimiz Google axtarışında sizə ilk görünsün! Əlavə et
Yazı Ölçüsü:
ABŞ Prezidenti Donald Tramp NVIDIA-nın Direktorlar Şurasının Censen Huanqın şirkətin baş direktoru vəzifəsinə bərpa edilməsi ilə bağlı qərarını düzgün və əsaslandırılmış addım kimi qiymətləndirib.
"PostMedia" xəbər verir ki, Tramp bu barədə "Truth Social" sosial şəbəkəsində paylaşım edib.
“Ölkəmizin Censenin NVIDIA-dakı liderliyinə ehtiyacı var. Bu, təkcə şirkətin deyil, həm də Amerika iqtisadiyyatının uğuru və rifahı üçün vacibdir. ABŞ hökumətinin Censenin NVIDIA-ya qayıdışının milli təhlükəsizliyə hər hansı təhdid yaratdığını düşünməsi üçün heç bir əsas yoxdur”, – deyə Tramp bildirib.
ABŞ Prezidenti qeyd edib ki, ölkənin baş prokuroru hökumətin Huanqın qanunsuz fəaliyyətlə məşğul olduğuna dair heç bir sübuta malik olmadığını təsdiqləyib.
“Mən Censeni şəxsən tanıyıram. O, böyük vətənpərvərdir və ölkəmiz üçün milli sərvətdir”, – deyə Tramp vurğulayıb.
Bununla yanaşı, ABŞ lideri NVIDIA-nın ixraca nəzarət sahəsində Amerika qanunvericiliyinin tələblərinə əməl olunması ilə bağlı hərtərəfli daxili araşdırmanı davam etdirməsinin vacibliyini bildirib.
Onun sözlərinə görə, şirkət bununla həm hüquqi öhdəliklərini yerinə yetirdiyinə, həm də ABŞ-ın milli təhlükəsizliyinin qorunması istiqamətində vətənpərvərlik borcuna sadiq qaldığına əmin olmalıdır.
“Censeni, NVIDIA-nın Direktorlar Şurasını, Amerika Birləşmiş Ştatlarının xalqını və əlbəttə ki, bütün dünyanı təbrik edirəm”, – deyə Tramp paylaşımını yekunlaşdırıb.
Xatırladaq ki, daha əvvəl KİV Censen Huanqın NVIDIA-nın baş direktoru vəzifəsinə bərpa edildiyini, bundan sonra şirkətin səhmlərinin kəskin bahalaşdığını xəbər vermişdi.
Müəllif
Tural
Kateqoriyalar

Təqvim

«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30