Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 20-də Vyetnam Sosialist Respublikasının Baş naziri Le Minh Hunq ilə görüşüb.
"PostMedia" AZƏRTAC-a istinadən xəbər verir ki, dövlətimizin başçısı hazırda Vyetnama rəsmi səfərdədir.
Səfər çərçivəsində Prezident İlham Əliyev Hanoyda Ho Şi Minin məqbərəsini və "İnqilab şəhidləri" abidəsini ziyarət edib. Azərbaycan Prezidenti həmçinin Vyetnam Xəbər Agentliyinə müsahibə verib.
Prezidentin sosial media hesablarında Vyetnama rəsmi səfəri ilə bağlı videoçarx da paylaşılıb. Səfər Vyetnam mediasının diqqət mərkəzindədir.














