Azərbaycan ilə Vyetnam arasında ikitərəfli dialoqla yanaşı, BMT, Qoşulmama Hərəkatı, AQEM və digər beynəlxalq təşkilatlar çərçivəsində də sıx qarşılıqlı əlaqə qurulub.
"PostMedia" xəbər verir ki, Prezident İlham Əliyev bu fikirləri "Vyetnam Xəbər Agentliyi"nə (VNA) müsahibəsində səsləndirib.
Dövlətimizin başçısı bildirib ki, Azərbaycan ərazi bütövlüyünün, suverenliyinin və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığının dəstəklənməsinə görə Vyetnama dərindən minnətdardır.
Prezident həmçinin 44 günlük Vətən müharibəsi dövründə Vyetnamın BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü kimi möhkəm və ədalətli mövqe nümayiş etdirdiyini vurğulayıb.