6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

QƏTL

“Seymur Sabunçu”nun qətlində deputatın oğlu da iştirak edib

“Seymur Sabunçu”nun qətlində deputatın oğlu da iştirak edib
PostMedia-nı Google-da seçilmiş mənbələrinizə əlavə edin Xəbərlərimiz Google axtarışında sizə ilk görünsün! Əlavə et
Yazı Ölçüsü:

Dünən paytaxtın Xətai rayonunda kafedə baş vermiş kütləvi dava-dalaşla bağlı bəzi faktlar üzə çıxıb.
“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, ölümlə nəticələnən hadisə General Əliağa Şıxlınski küçəsində yerləşən “Abu Hava Green Tone” ailəvi restoranında baş verib.
Oxu.Az-ın məlumatına görə, hadisənin iştirakçısı olmuş 9 nəfərdən biri deputat Arzuxan Əlizadənin oğludur.
Məlumata görə, AMİP əsdri olan A.Əlizadənin iki oğlu var. Onlardan birinin adı Əhməd, digərinin adı Orxandır. Orxan Əlizadə Xətai Rayon Məhkəməsinin hakimidir. Əhməd isə kriminala meyilli şəxsdir.
Əhməd Əlizadə hadisədən sonra polisə könüllü təslim olub. Kriminal aləmdə “Yeraz Əhməd” kimi tanınır.
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən bildirilib ki, insidentdə iştirak edən 9 nəfər polis tərəfindən müəyyən olunaraq saxlanılıb. Hazırda əməliyyat-axtarış tədbirləri davam etdirilir.
Dəhşətli cinayətdə öldürülən şəxsin adının Seymur olduğu və öz ətrafında “Seymur Sabunçu” adı ilə tanındığı deyilir.

Kateqoriyalar

Təqvim

«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30