6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Maraqlı

Dövlət Departamentindən tapşırıq - Səudiyyə Ərəbistanını tərk edin

22-oktyabr-2026, 08:44
Dövlət Departamentindən tapşırıq - Səudiyyə Ərəbistanını tərk edin
Yazı Ölçüsü:

Husilərin bir sıra hücumlarından sonra ABŞ bəzi diplomatlara və dövlət qulluqçularının ailə üzvlərinə Səudiyyə Ərəbistanını tərk etməyi tapşırıb. Bu barədə ABŞ Dövlət Departamentinin nümayəndəsi Tommi Piqott məlumat verib.

“ABŞ Dövlət Departamenti Səudiyyə Ərəbistanını yalnız fövqəladə hallarla bağlı olmayan ABŞ dövlət qulluqçularının və onların ailə üzvlərinin tərk etməsi barədə göstəriş verib”, - o, cümə axşamı “X” sosial şəbəkəsində yazıb.

Dövlət Departamentinin nümayəndəsi bildirib ki, bəzi KİV-lərdə ABŞ-ın Fars körfəzi ölkələrindəki digər səfirliklərinin əməkdaşlarına da ölkələri tərk etmək barədə göstəriş verildiyi ilə bağlı yayılan məlumatlar “dəqiq deyil”.

Bundan əvvəl bəzi KİV-lər ABŞ səfirliklərinin əməkdaşlarına və onların ailə üzvlərinə Səudiyyə Ərəbistanı ilə yanaşı, Birləşmiş Ərəb Əmirlikləri, İordaniya, Qətər və Bəhreyni də tərk etmək barədə göstəriş verildiyini yazmışdı.

Dövlət Departamentinin nümayəndəsi qeyd edib ki, husilər Səudiyyə Ərəbistanına qarşı hərbi əməliyyatlarda getdikcə daha fəal iştirak edirlər. Onun sözlərinə görə, bu hücumlar mülki əhali arasında itkilərə və nəqliyyatın hərəkətində ciddi fasilələrə səbəb olur.

“Departament əməkdaşlarının və onların ailə üzvlərinin təhlükəsizliyi bizim əsas prioritetimiz olaraq qalır. Onların qorunması və dəstəklənməsi üçün bütün zəruri tədbirləri görməyə davam edəcəyik”, - Piqott vurğulayıb.

Kateqoriyalar

Təqvim

«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031