6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

XARİCİ XƏBƏRLƏR

Türkiyə Pakistanla saziş çərçivəsində Səudiyyə Ərəbistanına hərbi dəstək verməyə hazırlaşır

22-oktyabr-2026, 21:33
Türkiyə Pakistanla saziş çərçivəsində Səudiyyə Ərəbistanına hərbi dəstək verməyə hazırlaşır
Yazı Ölçüsü:

Türkiyə Səudiyyə Ərəbistanı ilə Pakistan arasında bağlanan birgə müdafiə sazişi çərçivəsində krallığa hərbi mütəxəssislər göndərə bilər.

"PostMedia"nın məlumatına görə, Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AKP) deputatlarından biri “Reuters” agentliyinə bildirib ki, hərbçilərin yerləşdirilməsinə dair müvafiq mandat saziş ratifikasiya edildikdən sonra parlamentin müzakirəsinə təqdim olunacaq.

Çərşənbə axşamı Türkiyə parlamentə üç ölkənin avqust ayında imzaladığı Məkkə birgə müdafiə sazişini ratifikasiya üçün təqdim edib. Sənədin təsdiqlənməsi Yəməndəki husilərin hücumları fonunda Ankara ilə Ər-Riyad arasında rəsmi qarşılıqlı müdafiə öhdəliklərinin formalaşdırılması istiqamətində addım olacaq.

Hakim partiyanın nümayəndəsi vurğulayıb ki, saziş çərçivəsində xarici ölkələrə göndərilən Türkiyə hərbçiləri hücum əməliyyatlarında iştirak etməyəcəklər.

İlkin mərhələdə Ankara Səudiyyə Ərəbistanının hava hücumundan müdafiə sisteminə dəstək göstərmək, radioelektron mübarizə imkanlarını inkişaf etdirmək və digər müdafiə yardımları göstərmək məqsədilə texniki mütəxəssislər və ekspertlər göndərməyi planlaşdırır.

“Reuters” agentliyinin daha əvvəlki məlumatına görə, Türkiyənin Səudiyyə Ərəbistanının təhlükəsizliyinə töhfəsi hərbi texnika və silah tədarükü, eləcə də kəşfiyyat məlumatlarının mübadiləsi ilə məhdudlaşa bilər.

Bununla yanaşı, Ankara Ər-Riyadın rəhbərlik etdiyi Qırmızı dənizdə gəmiçiliyin təhlükəsizliyinin təmin olunması koalisiyasına qoşulmağa razılıq verib.

Kateqoriyalar

Təqvim

«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031