Ermənistana keçən və Sünik vilayətinin şəki kəndində tapılan Azərbaycan hərbçisi Nəsimi Musayevin nə danışdığı barədə müstəsna təfərrüatlar məlum olub.
"PostMedia" xəbər verir ki, bu barədə Ermənistan KİV-ləri məlumat yayıb.
Məlumata görə, Nəsimi Musayev hüquq-mühafizə orqanlarına ifadəsində erməni ailəsinin evinə daxil olarkən heç kimə zərər vermək niyyətində olmadığını deyib.
Onun sözlərinə görə, o, bir neçə dəfə “buraxın, gedim” deyə xahiş edib, lakin ev sahibəsi onun silahının lülə hissəsindən tutduqda atəş açıb.
Bundan əlavə, azərbaycanlı hərbçi yazılı ifadəsində bildirib ki, bundan sonra qadın və ailə üzvləri ona hücum ediblər.