6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

İdman

“Sabah”ın tarixində ilk - UEFA Avropa Liqasının əsas mərhələsində

11-avqust-2026, 22:11
“Sabah”ın tarixində ilk - UEFA Avropa Liqasının əsas mərhələsində
Yazı Ölçüsü:

“Sabah” klubu tarixində ilk dəfə UEFA Avropa Liqasının əsas mərhələsində mübarizə aparacaq.

“PostMedia” xəbər verir ki, buna komandanın UEFA Çempionlar Liqasında "pley-off" mərhələsinə yüksəlməsi imkan verib.

Azərbaycan çempionu Çempionlar Liqasının təsnifat mərhələsində Danimarkanın “Orhus” klubunu mübarizədən kənarlaşdırıb. İlk görüşdə səfərdə 1:2 hesabı ilə məğlub olan “Sabah” cavab qarşılaşmasında inamlı oyun nümayiş etdirərək rəqibini 4:0 hesabı ilə məğlub edib.

Beləliklə, “Sabah” klubu tarixində ilk dəfə UEFA Avropa Liqasının əsas mərhələsində çıxış etmək hüququ qazanıb.

Kateqoriyalar

Təqvim

«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031