6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

QƏZA

İran Hörmüz boğazında mina partlayışından sonra konteyner gəmisinin batdığını açıqlayıb

14-oktyabr-2026, 21:23
İran Hörmüz boğazında mina partlayışından sonra konteyner gəmisinin batdığını açıqlayıb
Yazı Ölçüsü:
Bu gün içərisində 2500-dən çox konteyner olan yük gəmisi Hörmüz boğazının cənubundakı sularda dəniz minasına düşərək partlayıb və baş verən yanğından sonra batıb.
"PostMedia" xəbər verir ki, bu barədə İran İnqilab Keşikçiləri Korpusunun (SEPAH) Hərbi Dəniz Qüvvələrinin bəyanatına istinadən "Mehr" agentliyi məlumat yayıb.
İran hərbçilərinin açıqlamasına görə, gəmi boğazdan keçərkən onların icazəsiz və təhlükəli adlandırdıqları marşrutdan istifadə etməyə çalışıb.
Mina ilə toqquşmadan sonra gəmidə partlayış baş verib, ardınca güclü yanğın başlayıb. Nəticədə konteyner gəmisi batıb.
SEPAH-ın Hərbi Dəniz Qüvvələri ərazidəki gəmilərə və balıqçılara xəbərdarlıq edib ki, hadisə bölgəsində suyun səthində konteynerlər üzə bilər və onlarla toqquşma təhlükəsi mövcuddur.
Hadisə ilə bağlı məlumat İran tərəfinin açıqlamasına əsaslanır. Gəminin adı, mənsubiyyəti və ekipajın taleyi barədə əlavə məlumat verilməyib.
Kateqoriyalar

Təqvim

«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031