Norveç Rusiyanın sürətli konkisürmə üzrə idmançılarının Dünya Kubokunun ölkədə keçiriləcək mərhələsində iştirak etməsi üçün viza müraciətlərini rədd edib.
"PostMedia" TASS-a istindən xəbər verir ki, bu barədə Rusiya Konkisürmə İttifaqının prezidenti Nikolay Qulyayev məlumat verib.
Onun sözlərinə görə, Rusiya tərəfi idmançıların viza alınması üçün tələb olunan sənədləri təqdim etsə də, Norveç hakimiyyəti müraciətləri qəbul etməyib.
“Norveçlilər viza verməkdən imtina etdilər. Biz sənədləri təqdim etdik, onlar isə bildirdilər ki, sizə viza verməyəcəyik”, – deyə Qulyayev bildirib.
Qeyd edək ki, Norveç hakimiyyəti noyabrın 16-dan etibarən Rusiya və Belarus idmançılarının ölkəyə girişinə məhdudiyyətlər tətbiq edib.
Dünya Kubokunun növbəti mərhələsi dekabrın 12-də Norveçin Stavanger şəhərində keçiriləcək.