6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

XARİCİ XƏBƏRLƏR

Ermənistan bir neçə ölkədəki səfirini geri çağırıb

Ermənistan bir neçə ölkədəki səfirini geri çağırıb
PostMedia-nı Google-da seçilmiş mənbələrinizə əlavə edin Xəbərlərimiz Google axtarışında sizə ilk görünsün! Əlavə et
Yazı Ölçüsü:
Ermənistan Prezidenti Vaaqn Xaçaturyan bir sıra ölkələrdə fəaliyyət göstərən fövqəladə və səlahiyyətli səfirlərin, eləcə də beynəlxalq təşkilatlardakı nümayəndələrin geri çağırılması haqqında fərmanlar imzalayıb.
"PostMedia" xəbə verir ki, bu barədə Ermənistan Prezidentinin rəsmi saytında məlumat dərc olunub.
Fərmanlara əsasən, Ermənistanın Kanada, Kuba, Dominikan Respublikası və Yamaykadakı fövqəladə və səlahiyyətli səfiri Anait Arutyunyan vəzifəsindən geri çağırılıb.
Bundan başqa, Ermənistanın Argentina, Çili və Perudakı səfiri Ovanes Virabyan, həmçinin Yunanıstan və Albaniyadakı səfiri Tiqran Mkrtçyan da geri çağırılıb.
Ermənistanın Bolqarıstan və Şimali Makedoniyadakı fövqəladə və səlahiyyətli səfiri Tsovinar Ambartsumyan, eləcə də İsraildəki səfiri Arman Akopyan da vəzifələrindən geri çağırılan diplomatlar arasındadır.
Prezidentin digər fərmanına əsasən, Viktor Biyagov Ermənistanın Niderland Krallığındakı fövqəladə və səlahiyyətli səfiri və Kimyəvi Silahların Qadağan Edilməsi Təşkilatı yanında daimi nümayəndəsi vəzifələrindən geri çağırılıb.
Eyni zamanda, Arman İsraelyan Ermənistanın Şimali Atlantika Müqaviləsi Təşkilatındakı (NATO) missiyasının rəhbəri vəzifəsindən geri çağırılıb.
Müəllif
Kamal
Kateqoriyalar

Təqvim

«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30