6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

MƏHKƏMƏ

Ramiz Mehdiyevin qızı: "Atamın verdiyi qovluğu açanda stress keçirdim"

Ramiz Mehdiyevin qızı: "Atamın verdiyi qovluğu açanda stress keçirdim"
PostMedia-nı Google-da seçilmiş mənbələrinizə əlavə edin Xəbərlərimiz Google axtarışında sizə ilk görünsün! Əlavə et
Yazı Ölçüsü:

Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin qızı Kamilə Əliyeva ifadəsində atasının ona təqdim etdiyi yarımçıq yazı ilə bağlı açıqlamalar verib.

"PostMedia" "Gununsesi.info"ya istinadən xəbər verir ki, Ramiz Mehdiyevin cinayət işi üzrə istintaqda və məhkəmə prosesində onun ailə üzvləri də dindirilib.

Kamilə Əliyeva ifadəsində bildirib ki, 2025-ci il oktyabrın 8-də qardaşı Teymur ona zəng edərək atalarının evində nəsə baş verdiyini, bəzi sənədlərin isə evdən aparıldığını deyib. Bundan sonra o, atasının Abbas Səhhət küçəsindəki evinə gedib.

Onun sözlərinə görə, evdə atası və anası ilə görüşdükdən sonra Ramiz Mehdiyev onunla söhbət etmək istəyib və Azərbaycan Milli Elmlər Akademiyasının adı yazılmış kağız qovluq verib.

"Qovluğu açarkən orada yarımçıq yazılmış bir vərəq gördüm. Yazının xəttindən onun atama məxsus olduğunu anladım", — deyə şahid bildirib. Onun sözlərinə görə, yazıda Azərbaycanda parlamentin zəif olması, korrupsiya halları və vətəndaş müraciətlərinə münasibətlə bağlı tənqidi fikirlər yer alıb.

"Yazını oxuyarkən güclü stress keçirdim deyə sona qədər oxuya bilmədim. Həyat yoldaşım İlham Əliyevə bu barədə danışdım. O da yazılanlarla tanış olduqdan sonra atamdan bu sənədi kiməsə göndərmək niyyətində olub-olmadığını soruşdu", — deyə Kamilə Əliyeva ifadə verib.

Şahidin sözlərinə görə, o, atasına həmin vərəqi cırıb atmağı məsləhət görüb. Ramiz Mehdiyev isə artıq altı ildir təqaüddə olduğunu və kiməsə məsləhət vermək zərurətinin olmadığını deyib. Kamilə Əliyeva yazının çap olunub-olunmayacağını soruşduğunu, lakin cavab almadığını bildirib.

O, həmçinin atasının şəxsi sənədlərini yalnız öz otağında saxladığını və heç kimlə bölüşmədiyini qeyd edib. Şahid ifadəsində həmin yazının sonradan hansı taleyi yaşadığı, məhv edilib-edilmədiyi barədə məlumatı olmadığını da deyib.

Kateqoriyalar

Təqvim

«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30