Prezident İlham Əliyev oktyabrın 30-da Bakı Kristal Zalında "FIFA U-15 World Cup and Festival"ın final matçını izləyib.
"PostMedia" AZƏRTAC-a istinadən xəbər verir ki, final görüşündə Çexiya və İspaniya komandaları üz-üzə gəlib.
Rəqibini 3:0 hesabı ilə məğlub edən İspaniya millisi FIFA U-15 ilk dünya çempionatı və festivalının qalibi olub.
Dövlət başçısı qaliblərin mükafatlandırılması mərasimində də iştirak edib.


































