6°C Bakı
1$ = 1.70₼
XARİCİ XƏBƏRLƏR

Ermənistanın Baş naziri: "Sülh müqaviləsi imzalanıb ratifikasiya olunduqda fəaliyyətimi başa vurmaq istəyirəm"

29-oktyabr-2026, 13:50
Ermənistanın Baş naziri: "Sülh müqaviləsi imzalanıb ratifikasiya olunduqda fəaliyyətimi başa vurmaq istəyirəm"
PostMedia-nı Google-da seçilmiş mənbələrinizə əlavə edin Xəbərlərimiz Google axtarışında sizə ilk görünsün! Əlavə et
Yazı Ölçüsü:

Ermənistanın Baş naziri Nikol Paşinyan sülh müqaviləsi imzalanıb ratifikasiya ediləndən sonra baş nazir kimi fəaliyyətini başa vurmağı qarşısına məqsəd qoyduğunu bildirib.

"PostMedia" xəbər verir ki, Paşinyan bu sözləri cümə axşamı keçirdiyi brifinqdə Nikol Paşinyan saytının sualına cavab verərkən deyib.

"Əgər bu baş verməsə, bunu şəxsi uğursuzluğum hesab edəcəyəm", — deyə Paşinyan əlavə edib.

Onun sözlərinə görə, hər gün diqqəti sülh gündəliyindən yayındıra biləcək müxtəlif məsələlərlə üzləşmək mümkündür.

Eyni zamanda Ermənistanın Baş naziri Azərbaycanla sülh müqaviləsinin imzalanması və ratifikasiyası məqsədinə sadiq qalmaq niyyətini ifadə edib.

Kateqoriyalar

Təqvim

«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031