İran İslam İnqilab Keşikçiləri Korpusunun (SEPAH) Hərbi Dəniz Qüvvələri Hörmüz boğazının cənubunda 3 neft tankerinin dəniz minalarına çarparaq partladığını və yanğın baş verdiyini bildirib.
"PostMedia" xəbər verir ki, bu barədə SEPAH-ın Hərbi Dəniz Qüvvələri məlumat yayıb.
SEPAH-ın açıqlamasına görə, tankerlər Tehranın "qadağan" elan etdiyi və onunla razılaşdırılmayan "icazəsiz marşrutdan" keçməyə çalışıblar. Hərbi Dəniz Qüvvələri sutka ərzində qaydaları pozan 3 gəminin minalara toxunaraq partladığını və alışdığını deyib.
Mövcud məlumatda tankerlərin adları, mənsub olduğu ölkələr və ziyanın miqyası barədə təfərrüat yoxdur. İranın bu iddiası barədə digər tərəflərin münasibəti də hələlik bəlli deyil.