6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

ƏMƏLİYYAT-AXTARIŞ

"Saudi Aramco"nun baş qərargahı yaxınlığında partlayışlar baş verib - "Reuters"

14-oktyabr-2026, 03:25
"Saudi Aramco"nun baş qərargahı yaxınlığında partlayışlar baş verib - "Reuters"
Yazı Ölçüsü:

Çərşənbə axşamı axşam saatlarında Səudiyyə Ərəbistanının Dəhran şəhərində yerləşən neft şirkəti "Saudi Aramco"nun baş qərargahı yaxınlığında güclü partlayışlar baş verib.

"PostMedia" "Reuters"ə istinadən xəbər verir ki, binaya zərbə endirilmiş ola bilər və onun daxilində yanğın başlayıb. Şirkət bu məlumatı rəsmi şəkildə təsdiqləməyib.

"Reuters"ə altı mənbə "Aramco"nun baş qərargahının yaxınlığında güclü partlayış səslərinin eşidildiyini bildirib. Onlardan birinin sözlərinə görə, binada yanğın baş verib. Daha dörd mənbə isə orada olan insanlara təxliyə olunmaq barədə göstəriş verildiyini bildirib.

Vəziyyətlə birbaşa tanış olan mənbə agentliyə baş qərargahın hücuma məruz qaldığını deyib. Bununla belə, sursatın birbaşa binaya düşdüyü, yoxsa dağıntıların düşməsi nəticəsində zərərin yarandığı hələlik məlum deyil.

Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiya Dəhranda raket hücum vasitələrinin aşkar edilərək məhv edildiyini, onların qalıqlarının isə yaşayış məhəlləsinə düşdüyünü bildirib. Əlavə təfərrüatlar açıqlanmayıb.

"Reuters"in mənbəsinin məlumatına görə, "Aramco" əməkdaşlarına çərşənbə günü evdən işləmək tapşırılıb.

Daha sonra Səudiyyə Ərəbistanının Mülki Müdafiə Xidməti ölkənin paytaxtı Ər-Riyadda mümkün təhlükə barədə xəbərdarlıq edib. Bundan sonra şəhərdə də güclü partlayış səsi eşidilib.

Rəsmi hakimiyyət orqanları və "Saudi Aramco" şirkəti baş qərargaha mümkün hücumun təfərrüatlarını hələlik təsdiqləməyib.

Kateqoriyalar

Təqvim

«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031