ABŞ Federal Aviasiya Administrasiyası (FAA) tikinti briqadalarının hava hərəkətinə nəzarət üçün zəruri olan fiber-optik kabeli zədələməsindən sonra Nyu-York, Boston, Filadelfiya və Nyu-Cersi hava limanlarında uçuşları dayandırıb.
"PostMedia" xəbər bu barədə BBC məlumat yayıb.
Federal Aviasiya Administrasiyasının nümayəndəsi Brayan Bedfordd bildirib ki, təyyarələrin uçuş və eniş zamanı istiqamətləndirilməsi üçün zəruri olan sistemin kabeli Nyu-Cersidə tikinti işləri aparan briqadalar tərəfindən zədələnib. Onun sözlərinə görə, kabelin uzunluğu təxminən 183 metr olub və tikinti zamanı təsadüfən zədələnib. Kabelin təmirinə 13 saat vaxt tələb olunacaq.
Bedfordin sözlərinə görə, problemin həlli üçün bütün sistemləri söndürmək, onun ifadəsi ilə, "hava məkanını təmizləmək" və bütün uçuşların təhlükəsizliyinə əmin olmaq lazımdır.
Rəsmi məlumata görə, hazırda təxminən 90 uçuş başqa bölgələrə yönləndirilib. Bununla yanaşı, Bedford ləğv edilən uçuşların dəqiq sayını bilmədiyini bildirib.
Uçuşlarda gecikmələr bazar ertəsi səhər saatlarında başlayıb. Həmin vaxt onlarla təyyarə uçuş zolaqlarından qalxa bilməyib. Boston Loqan Beynəlxalq Hava Limanı sərnişinləri ölkə üzrə hava limanlarının fəaliyyətində mümkün fasilələr barədə xəbərdar edib.