6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

---

İnternetdən problemli istifadə sağlamlıq üçün təhlükə yaradır

İnternetdən problemli istifadə sağlamlıq üçün təhlükə yaradır
PostMedia-nı Google-da seçilmiş mənbələrinizə əlavə edin Xəbərlərimiz Google axtarışında sizə ilk görünsün! Əlavə et
Yazı Ölçüsü:
İnternetdən problemli istifadə dünya əhalisinin 10 faizindən çoxuna təsir edə və psixi sağlamlığa, münasibətlərə, eləcə də əmək məhsuldarlığına zərər vura bilər.
"PostMedia" xəbər verir ki, bu barədə "The Lancet Psychiatry" jurnalında hesabat dərc olunub.
Hesabatda hökumətlərə asılılıq yaradan dizayn elementlərini, o cümlədən sonsuz sürüşdürmə (infinite scrolling) və videoların avtomatik oynadılması funksiyalarını tənzimləmək, məsuliyyəti isə platformaların üzərinə qoymaq çağırışı edilir.
İnternetdən problemli istifadə qlobal ictimai səhiyyənin ciddi problemlərindən birinə çevrilib. Ekspertlərin xəbərdarlığına görə, bu problem dünya əhalisinin 10 faizindən çoxuna aid ola və cəmiyyətə əhəmiyyətli zərər vura bilər.
İnternetdən problemli istifadə (PUI) qumar oyunları, videooyunlar, pornoqrafiyaya baxış, sosial şəbəkələrdən istifadə və onlayn alış-veriş də daxil olmaqla geniş davranış spektrini əhatə edir. Bu fəaliyyətlərin özü zərərli hesab edilmir. Lakin gündəlik həyata mane olduqda və ya qumar asılılığı kimi tibbi pozuntu səviyyəsinə çatdıqda problemli hesab olunur.
"The Lancet Psychiatry" tibb jurnalında dərc olunan hesabatda ictimai səhiyyə, psixologiya və dövlət siyasəti sahələrinin ekspertləri bildiriblər ki, hökumətlər internetdən problemli istifadəni qlobal ictimai səhiyyə problemi kimi tanımalı və istifadəçiləri onlayn mühitdə daha uzun müddət saxlamağa yönəlmiş dizayn elementlərini, xüsusilə sonsuz sürüşdürmə və avtomatik oynatma funksiyalarını tənzimləməlidirlər.
Müəlliflər yazıblar: “İctimai səhiyyə baxımından, internetdən problemli istifadə ilə əlaqəli davranışların bir çoxu klinik diaqnoz həddinə çatmasa da, onların məcmusu ictimai səhiyyə üçün əhəmiyyətli problemdir”. Bu barədə Euronews məlumat yayıb.
Hesabatda qeyd olunur ki, internetdən problemli istifadə edən insanlarda tez-tez psixi sağlamlıq pozuntularına da rast gəlinir. Bunlara diqqət çatışmazlığı və hiperaktivlik sindromu (ADHD), depressiya, təşviş pozuntuları, obsessiv-kompulsiv pozuntu (OCD), yuxu və qidalanma davranışı pozuntuları, həmçinin özünə xəsarət yetirmə, intihar düşüncələri və cəhdləri daxildir.
Müəlliflər internetdən problemli istifadəni həmçinin şəxslərarası münaqişələr, tənhalıq, ailədə əlverişsiz münasibətlər, təhsil göstəricilərinin və əmək məhsuldarlığının azalması, eləcə də peşə tükənmişliyi ilə əlaqələndirirlər.
Müəlliflərin məlumatlarına görə, ən yüksək risk qrupuna gənclər, aşağı və orta gəlirli ölkələrin sakinləri, eləcə də psixi pozuntuları olan insanlar daxildir. Bununla yanaşı, internetdən problemli istifadənin həqiqətən daha geniş yayıldığı, yoxsa sadəcə onun nəticələrinin daha yaxşı başa düşüldüyü hələ də aydın deyil.
Qumar oyunları, videooyunlar və pornoqrafiya internetdən xeyli əvvəl mövcud olsa da, müəlliflər xəbərdarlıq edirlər ki, rəqəmsal platformalar bu cür cazibələri daim əlçatan edir və asılılıq yarada biləcək xüsusiyyətlərə malikdir. Bunlara alqoritmlərin dəqiqliyi və real vaxt rejimində geribildirim daxildir.
Tənhalıq, ailədaxili münasibətlərin pis olması və onlayn mühitdə keçirilən vaxtın artması da zərərli davranışlara səbəb ola bilər.
Lakin hesabatda qeyd olunur ki, internetdən problemli istifadəni yalnız fərdi həssaslıqla izah etmək olmaz. Bu problem həm də onlayn platformaların və xidmətlərin müəyyən dizayn xüsusiyyətlərinin, məsələn, sosial şəbəkə alqoritmlərinin təsiri ilə formalaşır və güclənir.
Bu sahədə tədqiqatlar davam etsə də, müəlliflər hesab edirlər ki, dövlət siyasətində “ehtiyatlılıq prinsipinin” tətbiqini əsaslandırmaq üçün artıq kifayət qədər məlumat mövcuddur. Onlar internetdən problemli istifadənin yaratdığı zərərlərlə mübarizədə beynəlxalq səviyyədə əlaqələndirilmiş yanaşmanın tətbiqinə çağırıblar.
Hesabatda bildirilir ki, mövcud tənzimləmə yanaşmaları kifayət etməyə bilər. Məsələn, sosial şəbəkələrə tətbiq olunan və yaş məhdudiyyətlərinə əsaslanan qadağalar internetdən məcburi istifadəni təşviq edən sonsuz sürüşdürmə və push-bildirişlər kimi funksiyaları mütləq şəkildə əhatə etmir.
Müəlliflər hesab edirlər ki, məsuliyyət ayrı-ayrı istifadəçilərin deyil, onlayn platformaların üzərinə qoyulmalıdır. Onlar bu cür məhsullara tütün, alkoqol və qumar oyunlarına tətbiq olunan təhlükəsizlik standartlarının tətbiqini təklif edirlər.
Müəllif
Nigar
Kateqoriyalar

Təqvim

«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30