Səbinə Yaşar qızı Əliyeva Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) seçilib.
"PostMedia" xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Milli Məclisi qərar qəbul edib.
Qərar Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin I hissəsinin 6-cı bəndinə və "Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında" Konstitusiya Qanununun 2.1-ci maddəsinə uyğun olaraq qəbul edilib.
Milli Məclis Azərbaycan Respublikasının Prezidenti tərəfindən ombudsman vəzifəsinə təqdim edilmiş Səbinə Yaşar qızı Əliyevanın, Ceyhun Yasinəli oğlu Qaracayevin və Elşanə Rafiq qızı Vəliyevanın namizədliklərini müzakirə edib.
Qərarın 1-ci bəndində deyilir: "Səbinə Yaşar qızı Əliyeva Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) seçilsin."
Qərar 2026-cı il noyabrın 29-dan qüvvəyə minir. Sənədi Milli Məclisin sədri Sahibə Qafarova imzalayıb. Qərar 2026-cı il noyabrın 3-də Bakı şəhərində qəbul edilib.