Beynəlxalq etalon sayılan "Brent" markalı neftin qiyməti təxminən 8% azalaraq barelə 104,43 dollara düşüb.
"PostMedia" "Anadolu Agentliyi"nə istinadən xəbər verir ki, ABŞ neftinin qiyməti də 7,3% ucuzlaşaraq barelə 96,50 dollara enib.
Neft qiymətlərindəki eniş münaqişənin başa çatdırılması istiqamətində aparılan diplomatik səylərin fonunda baş verib. ABŞ ilə İran arasındakı diplomatik təmaslar isə neft təchizatı ilə bağlı narahatlıqları azaldıb.