"Binance" kriptovalyuta platforması təhlükəsizlik pozuntusundan sonra vəsaitlərin çıxarılmasını mərhələli şəkildə bərpa edib.
"PostMedia" "Anadolu Agentliyi"nə istinadən xəbər verir ki, platforma 4,65 milyard dollarlıq çıxarışı və 1,01 milyard dollarlıq depoziti emal edib.
Nəticədə xalis çıxış 3,64 milyard dollar təşkil edib.
Rusiyanın TASS agentliyi isə yazır ki, "Binance" birja mühəndisinin Şimali Koreyanın guya agenti ilə romantik münasibəti barədə versiyanı təkzib edib.