6°C Bakı
1$ = 1.70₼
Dünya

SEPAH: Hörmüz boğazında iki tanker minaya düşüb

SEPAH: Hörmüz boğazında iki tanker minaya düşüb
PostMedia-nı Google-da seçilmiş mənbələrinizə əlavə edin Xəbərlərimiz Google axtarışında sizə ilk görünsün! Əlavə et
Yazı Ölçüsü:

İranın İslam İnqilab Keşikçiləri Korpusu (SEPAH) Hörmüz boğazında iki tankerin dəniz minalarına toxunaraq partladığını bildirib.

"PostMedia" xəbər verir ki, İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) məlumatına görə, Hörmüz boğazında iki tanker dəniz minalarına düşüb, güclü partlayış nəticəsində tankerlərdən biri, supertanker alovlanıb; bəyanata görə, gəmilər boğazdan "icazəsiz marşrutla" keçib, Amerika hərbçilərinin dəstəyi ilə gizli keçməyə çalışaraq gəminin yerini ötürən AİS transponderlərini söndürüblər və partlayışlardan sonra dayanıblar.

Bəyanatda gəmilərin adları, yaralı və ya həlak olanlar barədə məlumat verilmir.

Digər tərəfdən, "Anadolu" agentliyinin yazdığına görə, Böyük Britaniyanın dəniz ticarəti əməliyyatları agentliyi UKMTO Hörmüz boğazında gəmilərdən birinin naməlum mərmiyə tuş gəldiyini bildirib. Qurum gəmiləri ehtiyatlı olmağa çağırıb, səlahiyyətlilər isə hadisənin hallarını araşdırır.

Foto: Interfax

Kateqoriyalar

Təqvim

«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30