6°C Bakı
1$ = 1.70₼
Cəmiyyət

Heydər Əliyev Fondu ilə ICESCO arasında əməkdaşlığa dair yeni saziş imzalanıb

29-oktyabr-2026, 02:37
Heydər Əliyev Fondu ilə ICESCO arasında əməkdaşlığa dair yeni saziş imzalanıb
PostMedia-nı Google-da seçilmiş mənbələrinizə əlavə edin Xəbərlərimiz Google axtarışında sizə ilk görünsün! Əlavə et
Yazı Ölçüsü:

Heydər Əliyev Fondu ilə İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatı (ICESCO) arasında əməkdaşlığa dair yeni saziş imzalanıb.

"PostMedia" xəbər verir ki, bu barədə "AZƏRTAC" məlumat yayıb.

Saziş oktyabrın 28-də Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva ilə ICESCO-nun Baş direktoru Səlim bin Məhəmməd əl-Malikin görüşündən sonra imzalanıb. Görüşdə tərəflər əməkdaşlığın perspektivlərini müzakirə ediblər.

Xatırlandığı kimi, Fond İslam dünyasında və digər ölkələrdə təhsil və sosial dəstək sahəsindəki layihələrinə görə 2025-ci ildə "Həmdan-ICESCO" mükafatına layiq görülüb. Görüşdə mədəniyyət, elm, təhsil və yeni texnologiyalar sahəsində təcrübə mübadiləsini və birgə layihələrin icrasını nəzərdə tutan memorandumun əhəmiyyəti vurğulanıb. Burkina-Faso və Nigerin üç regionunda münaqişədən zərər çəkmiş qadınların imkanlarının genişləndirilməsinə və sosial inklüzivliyə dair 2025-ci ildə imzalanmış sazişin də rolu qeyd olunub.

Yeni saziş bir sıra mühüm layihələrin həyata keçirilməsini nəzərdə tutur. Bunlardan biri "Natəvan Mədəni İrs Mükafatı"nın (Natavan Heritage Excellence Award) növbəti təqdimatıdır. Fond və ICESCO-nun birgə təsis etdiyi mükafatın məqsədi maddi irsin qorunması və idarə edilməsi sahəsində qabaqcıl təcrübəni bölüşmək və təşviq etməkdir.

Əməkdaşlığın digər istiqaməti "Qərbi Afrikada mədəniyyət və inkişaf vasitəsilə sülh" adlı regional layihədir. Layihə Toqo, Burkina-Faso, Niger, Benin və Kot-d’İvuarı əhatə edəcək. O, mədəniyyətlərarası dialoqun inkişafına, mədəni irsin qorunmasına, institusional və peşəkar potensialın gücləndirilməsinə, eləcə də gənclərin və qadınların proseslərə fəal cəlb olunmasına yönələcək.

Sazişə əsasən, 2025-ci ildə Bakıda təqdim olunmuş İslam dünyasında süni intellekt indeksinin (AI Index) davam etdirilməsi də nəzərdə tutulur. Bu sahədə əldə olunan nəticələri müzakirə etmək və İslam dünyası ölkələri arasında süni intellekt üzrə əməkdaşlığı inkişaf etdirmək məqsədilə nazirlər səviyyəsində görüş keçirilməsi planlaşdırılır.

Kateqoriyalar

Təqvim

«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031