ABŞ Prezidenti Donald Tramp Çin Prezidenti Si Cinpinlə görüşməyə və nüvə tərksilahı məsələsi üzrə danışıqlar aparmağa hazırlaşdığını bildirib.
"PostMedia" xəbər verir ki, bu barədə "News.am" məlumat yayıb.
Tramp bu sözləri Texasdan qayıdarkən Vaşinqton yaxınlığındakı Endryus hərbi bazasında jurnalistlərlə söhbət zamanı deyib.
"Biz artıq Çin Prezidenti Si Cinpinlə görüş planlaşdırmışıq. Bundan əlavə, nüvə tərksilahı məsələsi üzrə görüş nəzərdə tutulur. Başa düşdüyüm qədər, bu, çox vacibdir, bəlkə də ən vacibdir. Söhbət müxtəlif ölkələrin nüvəsizləşdirilməsindən gedir", — deyə Tramp bildirib.
Mənbədə görüşün keçiriləcəyi tarix və yer barədə məlumat verilmir.