6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Dünya

Reuters: Şimali və Cənubi Koreya arasında gərginlik kəskin artıb

27-oktyabr-2026, 03:28
Reuters: Şimali və Cənubi Koreya arasında gərginlik kəskin artıb
Yazı Ölçüsü:

Bu həftə Şimali və Cənubi Koreya arasında gərginlik kəskin artıb. Pxenyan BMT Təhlükəsizlik Şurasına məktub göndərərək Seulun sentyabr ayında minalarla bağlı insidenti səhnələşdirdiyinə dair ittihamlarını təkrarlayıb. Bu, Şimali Koreyanın haubitsalarının sərhəd yaxınlığında müşahidə edilməsindən sonra baş verib.

"PostMedia" xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.

Bazar ertəsi Şimali Koreyaya məxsus üç zirehli texnika sərhəddən uzaq olmayan, diqqətçəkən bir ərazidə yerləşdirilmiş vəziyyətdə müşahidə olunub.

Cənubi Koreyanın “Yonhap” agentliyi bazar ertəsi həmin üç texnikanı 122 millimetrlik özüyeriyən haubitsalar kimi identifikasiya edib. Agentlik qeyd edib ki, bu cür artilleriya qurğularının sərhəd yaxınlığında açıq şəkildə nümayiş etdirilməsi nadir hadisədir.

Şimali Koreyanın üç zirehli texnikası cənuba doğru yönəldilib, təxminən 20–30 şimali koreyalı hərbçi isə demilitarizasiya zonasının daxilində hasarların quraşdırılması işlərini aparıb.

“Şimali Koreya bunu qəsdən nümayiş etdirməklə sözlərlə deyil, hərəkətləri ilə sərhəd siyasətini dialoq və ya danışıqlar əvəzinə güc yolu ilə həyata keçirmək niyyətində olduğunu bildirir”, – deyə Seuldakı Kyonnam Universitetinin professoru Lim İl Çhol bildirib.

O əlavə edib ki, Pxenyan sərhəddə gərginliyin artdığı bir vaxtda Cənubi Koreyanı ehtiyatlı davranmağa çağırır və təsadüfi toqquşmanın qarşısını almağa çalışır.

Şimali Koreyanın dövlət xəbər agentliyi KCNA-nın məlumatına görə, bazar günü göndərilmiş məktubda KXDR-in BMT-dəki nümayəndəsi bildirib ki, Seul minalarla bağlı insidentdən istifadə edərək Pxenyanın sərhəddə apardığı tikinti işlərini hərbi müdaxilə kimi təqdim etməyə çalışır.

Məktubda KXDR suverenliyinin pozulmasının özünümüdafiə məqsədilə tədbirlər görülməsinə səbəb ola biləcəyi barədə xəbərdarlıq edib. Həmçinin vurğulanıb ki, bunun nəticələrinə görə bütün məsuliyyəti Cənubi Koreya daşıyacaq.

Kateqoriyalar

Təqvim

«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031