ABŞ Prezidenti Donald Tramp çərşənbə günü “SpaceX” şirkətinin rəhbəri İlon Maskla telefonla danışaraq ondan Ukraynada hərbi təyinatlı “Starlink” sisteminə tətbiq edilən məhdudiyyətləri aradan qaldırmağı xahiş edib.
"PostMedia" xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə ABŞ rəsmiləri məlumat veriblər.
ABŞ və Ukrayna rəsmilərinin sözlərinə görə, telefon danışığından qısa müddət sonra, cümə axşamı sistem daha normal işləməyə başlayıb.
Bununla belə, bəzi ukraynalı rəsmilər sistemin tam funksionallığının bərpa olunmadığını, lakin sürət məhdudiyyəti tətbiq edilən dövrlə müqayisədə daha yüksək sürətlə işlədiyini bildiriblər.