6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

QƏTL

Krımda qadın rusiyalı hərbçini partladıb

13-avqust-2026, 19:51
Krımda qadın rusiyalı hərbçini partladıb
Yazı Ölçüsü:

Sevastopolda baş verən partlayış nəticəsində Rusiya Müdafiə Nazirliyinin hərbçisi həlak olub. Hadisə ilə bağlı 1994-cü il təvəllüdlü Rusiya vətəndaşı olan qadın saxlanılıb.

“PostMedia” xəbər verir ki, Bu barədə “Interfax” məlumat yayıb.

Rusiya Federal Təhlükəsizlik Xidmətinin məlumatına görə, saxlanılan qadın partlayışı Ukrayna xüsusi xidmətlərinin tapşırığı ilə törətməkdə şübhəli bilinir. FTX həlak olan hərbçinin adını açıqlamayıb.

Qeyri-rəsmi məlumatlara görə, həlak olan şəxs Rusiya Qara Dəniz Donanmasının 4-cü ayrıca sualtı qayıq briqadasının komandir müavini Robert Şageyev olub. Şageyev 2014-cü ilə qədər Ukrayna Hərbi Dəniz Qüvvələrinin zabiti olub, daha sonra Rusiya tərəfinə keçərək xidmətini Rusiya ordusunda davam etdirib. Bu məlumat hələ rəsmi şəkildə təsdiqlənməyib.

Kateqoriyalar

Təqvim

«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031