Ermənistan Təhlükəsizlik Şurasının katibi Alen Simonyan “Sülh körpüsü” təşəbbüsü çərçivəsində keçirilən beşinci dəyirmi masa müzakirəsinin iştirakçıları ilə görüşüb.
"PostMedia" bu barədə Ermənistan KİV-lərinə istinadən xəbər verir.
Görüş zamanı iştirakçılar Təhlükəsizlik Şurasının katibinə suallar ünvanlayıb, fikir və mövqe mübadiləsi aparılıb.
Qeyd edək ki, bu gün – noyabrın 26-da İrəvanda “Sülh körpüsü” təşəbbüsü çərçivəsində beşinci görüş keçirilib.
Görüşdə Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin ümumilikdə 60 nümayəndəsi iştirak edir.



