6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

DAXİLİ SİYASƏT

Azərbaycan Hökuməti Krakovdakı faciə ilə əlaqədar Polşaya başsağlığı verib

Azərbaycan Hökuməti Krakovdakı faciə ilə əlaqədar Polşaya başsağlığı verib
PostMedia-nı Google-da seçilmiş mənbələrinizə əlavə edin Xəbərlərimiz Google axtarışında sizə ilk görünsün! Əlavə et
Yazı Ölçüsü:

Fövqəladə hallar naziri Kəmaləddin Heydərov Krakov şəhərində baş vermiş faciə ilə əlaqədar Azərbaycan Hökuməti adından Polşaya başsağlığı verib.

"PostMedia" xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Azərbaycan Respublikası ilə Polşa Respublikası arasında iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın həmsədri olan nazir Kəmaləddin Heydərov noyabrın 11-də Polşanın Bakıdakı səfirliyində olub.

Nazir Polşanın Azərbaycandakı səfiri Pavel Radomski ilə görüşüb. Kəmaləddin Heydərov Azərbaycan Prezidentinin tapşırığına uyğun olaraq Azərbaycan Hökuməti adından dərin hüznlə başsağlığı verib və xəsarət alanların tezliklə sağalmasını arzuladığını bildirib.

Həlak olanların xatirəsinə ehtiramını bildirən nazir səfirlikdə açılmış matəm kitabına başsağlığı sözləri yazıb.

Müəllif
Redaksiya
Kateqoriyalar

Təqvim

«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30