ABŞ Prezidenti Donald Tramp Ukraynada "Starlink" və "Starshield" xidmətlərinə qoyulan məhdudiyyətlərdən xəbərsiz olduğunu bildirib.
"PostMedia" xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
Məlumata görə, Tramp ABŞ-nin Ukraynada "Starlink" və "Starshield" xidmətlərinə hər hansı məhdudiyyət tətbiq etməsi barədə eşitmədiyini vurğulayıb.
"Al Jazeera"nın yazdığına görə, Ukrayna ordusu dekabr 2024-cü ildən etibarən rus dronlarını izləyib saxlamaq üçün "Starlink" internet xidmətindən istifadə edir. Həmin nəşrin məlumatına əsasən, "Starshield"ə qoyulan məhdudiyyətlər reaktiv mühərrikli dronlara qarşı mübarizədə Ukraynanın imkanlarını zəiflədir.