6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

İKT

Prezident "Bir pəncərə" informasiya sistemi haqqında Əsasnaməni təsdiq edib

Prezident "Bir pəncərə" informasiya sistemi haqqında Əsasnaməni təsdiq edib
PostMedia-nı Google-da seçilmiş mənbələrinizə əlavə edin Xəbərlərimiz Google axtarışında sizə ilk görünsün! Əlavə et
Yazı Ölçüsü:

Azərbaycan Prezidenti "Bir pəncərə" informasiya sisteminin fəaliyyətinin hüquqi, təşkilati və texnoloji əsaslarını müəyyən edən Əsasnaməni təsdiq edib.

"PostMedia" xəbər verir ki, bu barədə AZƏRTAC məlumat yayıb.

Əsasnamə Prezidentin 2026-cı il 16 noyabr tarixli Fərmanı ilə təsdiq edilib. İnformasiya sistemi idxal-ixrac, tranzit, nəqliyyat və logistika üzrə fəaliyyətin rəqəmsallaşdırılması ilə bağlı 2025-ci il 15 dekabr tarixli 547 nömrəli Fərmanın 2.1-ci və 2.3-cü bəndlərində nəzərdə tutulmuş funksiyaların icrasını təmin edəcək.

Sistemin məqsədi xarici ticarətin tənzimlənməsi sahəsində dövlət idarəetmə mexanizminin təkmilləşdirilməsi və dövlət orqanlarının fəaliyyətinin səmərəli əlaqələndirilməsidir. Bununla yanaşı, vahid giriş imkanı əsasında tam rəqəmsal mühit yaradılacaq, yük axınları "ağıllı" idarə ediləcək, təhlillər aparılacaq, proqnoz və hesabatlar hazırlanacaq.

İnformasiya sisteminin strukturuna altı altsistem daxildir: "Ticarət bələdçisi", "Dövlət xidmətləri", "Biznes xidmətləri", "Təhlil və hesabatlılıq", "Məlumatlandırma" və "İdarəetmə".

"Ticarət bələdçisi" altsistemi vasitəsilə sərhədkeçmə prosedurları, daşıma qaydaları və şərtləri, tələb olunan sənədlər barədə məlumat veriləcək. "Biznes xidmətləri" altsistemi isə ekspeditorlar və dadaşıyıcılarla müştərilərin əlaqələndirilməsini, mülki-hüquqi müqavilələrin elektron qaydada bağlanmasını və yüklərin bütün marşrut boyunca izlənilməsini təmin edəcək.

Sistem "Mobil Prioritetli Tərtibat" prinsipi ilə qurulacaq. Sistemdə toplanılan məlumatların ehtiyat nüsxələri "Hökumət buludu"nda saxlanılacaq.

Əsasnamədə qeyd olunur ki, informasiya sistemində yaradılan, əldə edilən və toplanılan informasiya və elektron sənədlər Azərbaycan Respublikasının mülkiyyətidir. Sistemin fəaliyyətinin təşkili, idarə olunması və təkmilləşdirilməsi ilə bağlı xərclər dövlət büdcəsinin vəsaiti istisna olmaqla, qanunla qadağan olunmayan mənbələr hesabına maliyyələşdiriləcək.

Müəllif
Redaksiya
Kateqoriyalar

Təqvim

«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30