Gəncə şəhərində doqquzmərtəbəli yaşayış binasının 6-cı mərtəbəsindəki mənzildə bağlı qapı arxasında köməksiz qalan azyaşlı xilas edilib.
"PostMedia" xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Yeni Gəncə yaşayış massivində yerləşən yaşayış binasında azyaşlının mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.
Məlumatla əlaqədar dərhal əraziyə Fövqəladə Hallar Nazirliyinin (FHN) Gəncə Regional Mərkəzinin xilasediciləri cəlb olunub.
Xilasedicilər xüsusi xilasetmə vasitələrinin köməyi ilə mənzilin qapısını açaraq 2017-ci il təvəllüdlü oğlan uşağını valideynlərinə təhvil veriblər.